Çərşənbə , Avqust 19 2026
azfa

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Quzey Qıbrıs Türk Cümhuriyyətinin Barış və Özgürlük Bayramı tədbirində – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 20 iyul Quzey Qıbrıs Türk Cümhuriyyətinin Barış və Özgürlük Bayramı münasibəti ilə Sidneydə tədbir keçirilib.

Tədbirə rəsmi dəvətlə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun da qatılıb.

Tədbirdə NSW əyalətinin millət vəkili Lynda Voltz, Türkiyə Cümhuriyyətinin NSW əyalətindəki baş konsulu hörmətli Bilgin xanım Ərgünəş, Quzey Qıprısın fəxri konsulu hörmətli İlkay bey Yusuf və NSW əyalətinin multikultural nazirliyinin təmsilçisi sayın Ömər İncəkara və s. qonaqlar iştirak ediblər.

Həmçinin yoxlayın

Traktor komandası İsfahanda Sepahanı məğlub etdi

QADTB: Azərbaycanın Traktor komandası səfərdə keçirdiyi oyunda İsfahanın Sepahan komandasını 2:0 hesabı ilə məğlub edib. …

“Milad Balsini” Təbriz prokurorluğuna çağırıldıqdan sonra saxlanılıb

QADTB: Azərbaycanlı fəal “Milad Balsini” 1405-ci il mordadın 27-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci …