Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi tənqidçiləri susdurmaq üçün telefon nömrələrini bloklayır

GADTB: İrqçi fars-molla rejimi tənqidçiləri susdurmaq üçün telefon nömrələrini bloklayır.

İranın ETTELAATorqanları daxildə tənqidi səsləri susdurmaq məqsədilə yeni taktika seçib. 12 günlük İran-İsrail müharibəsindən sonra onlarla fəalın mobil rabitəyə çıxışı məhdudlaşdırılıb.

Mobil nömrələri bloklanan fəallar bildirir ki, SİM nömrələrini yenidən aktivləşdirmək üçün onlardan sosial şəbəkələrdəki tənqidi paylaşımlarını silmək və hökuməti dəstəkləyən məzmunlar paylaşmaq tələb olunub.

Beheşti Universitetinin professoru və keçmiş hökumət rəsmisi Əli Əkbər Gərci bu barədə “Şərq” kanalına deyib ki, İran və İsrail arasında müharibə zamanı sosial mediada tənqidi yazılar paylaşdığı üçün onun da SİM kartı deaktiv edilib.

O, bu addımı vətəndaşların hüquqlarına ciddi müdaxilə kimi qiymətləndirərək deyib: “Ədalətli mühakimə olmadan telefon xidmətlərinin kəsilməsi vətəndaşların dövlət xidmətlərindən məhrum edilməsi anlamına gəlir”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …