
GADTB: İsrail İran müharibəsindən sonra molla rejimin represiyaları ciddi naratlıq doğurur. Nobel Mükafatı laureantlarının da daxil olduğu dünyanın 60 ölkəsindən olan 301 insan haqları müdafiəçisinin BMT-ə yazdığı məktubda xəbərdarlıq məktubunda bildirirlər ki, İranda 1988-ci ildə siyasi məhbusların kütləvi edamından sonra indi yenidən oxşar vəziyyət yaranıb, faciənin təkrarlanmasının və kütləvi qətliamın qarşısının alınması üçün BMT təcili tədbirlər görməlidir.
Məktubu imzalayanlar BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, eləcə də BMT-yə üzv dövlətləri İran hökumətinin bu əməlini birmənalı şəkildə pisləməyə çağırıblar.
Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda 2000-dən çox şəxs saxlanılıb, onlardan bir qismi “İsrailə casusluq”da günahlandırılaraq barələrində ölüm hökmünün çıxarılması istənilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi