Cümə axşamı , Oktyabr 15 2026
azfa

Xameneyinin müşaviri: “Zəngəzur dəhlizi planı İranın milli birliyi və ərazi bütövlüyünə təhdiddir”

GADTB: İranın ali rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı sərt mövqe bildirib. O, bu layihəni “İranın milli birliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhdid” kimi qiymətləndirib.

Vilayətinin cəfəng sözlərinə görə, “düşmənlər iqtisadi inkişaf bəhanəsi ilə bölgədə məkrli planlar həyata keçirmək istəyirlər.

O, iddia edib ki, bölgədə bəzi dövlətlər, xüsusilə də Qərb dairələri və pantürk çevrələr “iqtisadi dəhliz” adı altında İranın şimalında NATO-nun təsir zonasını genişləndirmək istəyir. Vilayətinin fikrincə, bu planlar əslində Cənubi Qafqazda sabitliyi pozmaq, İranın və Rusiyanın mühasirəyə alınması məqsədi daşıyır.

O, Azərbaycanın bölgədəki roluna da toxunaraq, Azərbaycan xalqını “düşmən planlarına qarşı ayıq olmağa” çağırıb. / Azad İran

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …