Cümə axşamı , Oktyabr 15 2026
azfa

Trampdan İranın nüvə proqramına sərt reaksiyası: “Bu zərbələrdən sonra hələ də zənginləşmədən danışmaq axmaqlıq olardı”

GADTB: Dünən ABŞ prezidenti Donald Tramp, Şotlandiyada Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü zamanı İranın uranı zənginləşdirməyə davam etməsinə icazə verməyəcəyini açıqlayıb.

Tramp görüşdə İranın nüvə proqramına dair sərt mövqeyini bir daha ortaya qoyub. O, İranın uranın zənginləşdirilməsi mövzusunda danışmasının “axmaqlıq” olduğunu vurğulayıb. “İrana ağır zərbə vurulub və Tehranın uranın zənginləşdirilməsi haqqında danışmağa davam etməsi axmaqlıqdır. Biz buna imkan verməyəcəyik,” – deyə Tramp qeyd edib.

Bundan əlavə, Tramp İranın nüvə silahına sahib olma haqqının olmadığını və ölkənin uğursuzluğa düçar olduğunu bildirərək, “onlar bu uğursuzluğun nə qədər ciddi olduğunu belə dərk etmirlər,” – deyə qeyd edib.  

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …