Cümə axşamı , Oktyabr 15 2026
azfa

ABŞ-ın “Nimitz” təyyarədaşıyan gəmisi körfəzə qayıdır

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Nimitz” təyyarədaşıyan gəmisi bir neçə döyüş gəmisi ilə birlikdə avqustun 10-da Bəhreynin Manama limanına daxil olub. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, bu səfər əvvəlcədən planlaşdırılıb və 2020-ci ildən bəri Bəhreynə ilk təyyarədaşıyan gəmi səfəridir.

“USS Nimitz” hazırda CENTCOM-un “Task Force 11” donanmasının flaqmanı kimi çıxış edir. Qrupun komandiri admiral Fred Qoldhammer bildirib ki, Nimitzin dayanacağı Bəhreynin bölgədə Amerikanın hərbi əməliyyatları üçün vacib rolunu göstərir.

“Newsweek”in peyk görüntülərinə istinadən verdiyi məlumata görə, gəmi körfəzə daxil olub. Səfər, İsraillə İran arasında baş vermiş 12 günlük gərginlik fonunda baş tutur.

Qeyd edək ki, iyulda Amerika və Bəhreyn mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb. ABŞ dövlət katibi Marko Rubio bu təşəbbüsü bölgə üçün nümunəvi adlandırıb.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …