Şənbə , Avqust 22 2026
azfa

Azərbaycanlı fəal Tohid Əmirəminin Ərdəbildə dindirmə iclası keçirilib

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki Prokurorluğunun 7-ci şöbəsində Azərbaycan Milli Hərəkatının fəalı Tohid Əmirəminin dindirmə iclası keçirilib.

Tohid Əmirəmini İran İslam Respublikası əleyhinə təbliğat ittihamına qarşı özünü müdafiə edib.

Tohid Əmirəmini 2025-cü il iyunun 17-də səhər saatlarında məhkəmə qərarı təqdim olunmadan atasının evindən döyülərək çıxarılıb və Ərdəbil ETTELAAT İdarəsinin təcridxanasına aparılıb.

O burada bir həftə saxlanıldıqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb və daha sonra 500 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər müvəqqəti azad edilib.

Qeyd edək ki, Tohid Əmirəmini bundan əvvəl də Azərbaycan türklərinin hüquqlarından müdafiə etdiyi üçün molla rejimi tərəfindən həbs və təzyiqlərə məruz qalıb.  O, 2019-ci il fevralin 20-də Beynəlxalq Ana Dili Günündə həbs edilib və 5 illik həbs cəzasına məhkum edilmişdi. Azərbaycanlı fəal Ana dilinə görə uzun illər molla rejimin zindanlarında həbs çəkib.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …