Azərbaycanlı fəal Səid Minai Marağada rejimin Məhkəməsinə çağırılıb

GADTB: İrqçi fasrs-molla rejimi Azərbaycan Milli Hərəkatının fəalı Səid Minaini Marağa Cinayət Məhkəməsinin 105-ci şöbəsinə çağırıb.

Molla rejimi azərbaycanlı fəalıı şərləyərək ona iş açıb. Səid Minainin aldığı bildirişə görə, o, kompüter və ya telekommunikasiya sistemləri vasitəsilə ictimai şüuru və ya rəsmi orqanları narahat etmək məqsədi ilə yalan yaymaqda ittiham olunur.

Qeyd edək ki, Səid Minai Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənən başqa bir iş üzrə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Səid Minai məsələ ilə bağlı sosial media hesabında paylaşım edərək yazıb:

“Mənim günahım nədir, ölkənin ekologiyasının dağıdılmasına etiraz edirəm. Millətin haqqının tapdalanmasına qarşı durmaq xəyanətdirmi?! Bu gün məhkəmə və təhlükəsizlik aparatının zülmünə nifrətim hər zamankindən daha güclüdür. Amma zülm əbədi davam etmir. Bu vəziyyətin yaranmasında rolu olan bütün məmurlar, etirazçılara iş hazırlayan şəxslər və qurumlar tezliklə ədalət qarşısında öz əməllərinə görə cavab verəcəklər.” – deyə o yazıb.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …