Cümə , Avqust 28 2026
azfa

Molla rejimin Azərbaycanda çox su istəyən məhsulların əkininə çalışması da Urmiyta gölünü qurudub

GADTB: İrqçi fars-molla rejimin Azərbaycanda suya çox tələbatı olan məhsulların əkinini tələb etməsi çox sayda quyuların qazılmasına səbəb olub. Bu da Urmiya gölü ətrafında yeraltı suların azalmasına və nəticədə gölün qurumasına gətirib çıxarıb.

Son məlumatlara görə, Urmiya gölünün su hövzəsindəki yanlış siyasətlər ərazidə 89 mindən çox quyunun qazılmasına səbəb olub.

Həmin qiyuların 75 mindən çoxunun qanunsuz olduğu bildirilib.

Bəzi mənbələr quyuların sayının hətta 140 min civarında olduğunu təxmin edir, onlardan 107 minin gölün 50 kilometrliyində yerləşdiyini qeyd edirlər.

Bu quyular vasitəsilə yeraltı su ehtiyatlarının həddindən artıq çıxarılması suyun səviyyəsinin azalmasına, quraqlığın şiddətlənməsinə və Urmu gölünün bərpa prosesinin dayandırılmasına səbəb olan əsas amillərdən biridir.

Qeyd edək ki, irqçi fars-molla rejimi bir tərəfdən Urmiya gölünə axan çayların qarşısını kəsib, gölü qurudub. Bir tərəfdən də suya çox ehtiyacı olan məhsulların əkinini Azərbaycanda yayqınlaşdırmaqla çox sayda quyuların qazılmasına səbəb olub. Nəticədə Urmiya gölü quruyub.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …