Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Urmiya gölünün bərpası üçün 2 milyard dolları ayırmır, lakin təkcə Qərbi Azərbaycanda 17 milyard dollarlıq sərvəti talayıb aparır

GADTB: Qərbi Azərbaycan Sənaye, Mədən və Ticarət Baş İdarəsinin rəisi Səxavət Xeyrxah bildirib ki, kəşfiyyat araşdırmalarına görə, vilayətin 54 milyon tondan çox qızıl filizi var ki, bu da 140 ton xalis qızıla bərabərdir.

Onun sözlərinə görə, bu ehtiyatlar ən azı yaxın 70 il ərzində ölkənin qızıla olan ehtiyacını ödəyə bilər.

“Abbas Lisani İnfomasiya səhifəsinin texniki hesabatlara əsasən verdiyi məlumata görə, bu ehtiyatların dəyəri 17 milyard dollardan çox qiymətləndirilir.

Hazırda Qərbi Azərbaycanda səkkiz rəsmi lisenziyalı qızıl mədəni var: üç aktiv mədən (Zərşuran, Ağdərə və Rəbət mədənləri), kəşfiyyat sertifikatı olan üç mədən (Xarape, Ərəbşah, Al Quyun) və hazırda araşdırma aparılan 2 məfəm (Gəndoman və Zavəkuh).

Qərbi Azərbaycan əyaləti Yaxın Şərqin mühüm qızıl hasil edən bölgələrindən biri olsa da, bu nəhəng sərvət əsasən mərkəzi xəzinəyə ötürülür və Güney Azərbaycan türk milləti bundan heç bir fayda görmür. Bu siyasətin nəticəsində əhaliyə yoxsulluq, ətraf mühitin çirklənməsi, bölgənin əkin sahələrinin dağıdılması və fəlakətdən başqa bir şey qalmır.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …