Cümə axşamı , Oktyabr 15 2026
azfa

Qaşqay gəncləri Qaşqay türklərinə qarşı hücumlara cavab olaraq etiraz mitinqinə hazırlaşır

GADTB: Qaşqay millətinə qarşı son hücumlar və təhriflər, Qaşqay türklərinin və bu millətin əsilliyinə edilən təhqirlərin ardınca bir qrup Qaşqay gənci bəyanat yayaraq, etiraz keçirəcəklərini bildiriblər.

Bu gənclər Qaşqayların kimliyi və mədəniyyətinin qorunub saxlanmasını vurğulayaraq, öz millətlərinin tarixinə və şərəfinə hörmət edilməsinə çağırıb və Qaşqay xalqının müqaviməti və birliyinin hər cür təhqir, təhrif və hücuma qarşı möhkəm sədd olacağını bəyan ediblər. Onlar bütün türkləri və mədəniyyət mütəxəssislərini öz varlığı və dəstəyi ilə Qaşqay millətinin şərəfli səsini dünyaya çatdırmağa çağırıblar.

Qeyd edək ki, vaxtilə qaşqayların himayəsi altında öz varlığını sürdürə bilən etnoslar, o cümlədəb lorlar son illər irqçi fars-molla rejimin himayəsi altında Qaşqay türklərinə qarşı hücumlara keçib və onlarla düşmənçilik edirlər.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …