Türk Dövlətləri Təşkilatı Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilib

GADTB: Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuralarının katiblərinin 4-cü toplantısı keçirilib.

Bu barədə TDT Baş katibi Kubanıçbek Ömüralıyev özünün “X” hesabında paylaşım edib.

“İclasdakı çıxışımda təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, stabilliyin möhkəmləndirilməsi və türk dünyasında sülhün təmin olunmasının vacibliyini vurğuladım. Qırğız tərəfinə ev sahibliyinə görə və bütün nümayəndə heyətlərinə regional təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri dəyərli töhfələrinə təşəkkür edirəm”,- Ömüralıyev qeyd edib.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …