Bazar , Avqust 30 2026
azfa

138 gün hüquqi mücadilədən sonra “Asena” adına doğum haqqında şəhadətnaməsi alındı

GADTB: Azərbaycanlı ailə 138 gün hüquqi mücadilədən sonra öz övladlarına “Asena” adına doğum haqqında şəhadətnamə alıb.

Əsgər Məhəmmədinin vəkilliyi ilə təbrizli Fərhad Pakruhun ailəsi nəhayət Təbrizdə rejimin Vətəndaşlıq Dairəsi İdarəsindən yeni doğulan körpələrinə “Asena” adı üçün doğum haqqında şəhadətnamə ala biliblər

Körpənin atası Fərhad Pakruh bu barədə Balamın Adı kampaniyasına deyib: “Qızımız 2025-ci il aprelin 22-də dünyaya gəldib və biz onun üçün Asena adını seçdik. Təbriz Vətəndaşlıq idarəsinin rəsmiləri bizə əvvəlcə bildiriblər ki, sistem Asenanın adına həmzə ilə yazılmasına icazə vermir. Soruşdum, bəs niyə “Maedə və Faezə” kimi adlar üçün belə bir problem yoxdur? Onlar bizə qanunun belə olduğunu bildirdilər. İki gün sonra onlar bu ada doğum haqqında şəhadətnamə verməyəcəklərini və etirazımız olacağı təqdirdə şikayət etməli olduğumuzu bildirdilər. Biz məhkəmə yolu ilə hüquqlarımızı müdafiə etdik və avqustun 12-də Təbriz Sülh Məhkəməsinin 24-cü şöbəsi qərar çıxararaq, Asena adının aşağılayıcı, ədəbsiz və cinsiyyətə uyğun olmayan adlar arasında olmadığını, ölkənin dini və milli adət-ənənələrinə zidd olmadığını bildirdi. Buna baxmayaraq, Lalə şöbəsinin rəsmiləri Tehranın icazəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirdilər və nəhayət, məhkəmənin qərarından 27 gün sonra biz övladımıza doğum haqqında şəhadətnamə ala bildik.”

Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …