Duz fırtınası Güney Azərbaycanda ekoloji fəlakətə səbəb olur

GADTB: Urmiya gölünün ətrafından 19 sentyabr 2025-cü il cümə günü yayılan görüntülər Urmiya gölünün quruması ilə əlaqədar duz fırtınasının başladığını göstərir.

Urmiya gölünün böyük bir hissəsinin quruması və yatağının duzlu bataqlığa çevrilməsi ilə əlaqədar ekologiya mütəxəssisləri əvvəllər duz fırtınalarının başlaması və onun Güney Azərbaycanda və qonşu bölgələrdə milyonlarla insan üçün təhlükəli nəticələri barədə xəbərdarlıq etmişdilər.

Mütəxəssislərin fikrincə, bu tendensiya davam edərsə, duzlu toz bölgədə əhalinin sağlamlığına, kənd təsərrüfatına, sosial həyatına ciddi təhlükə yaradacaq və sakinlərin məcburi köçü ehtimalı artacaq. Onlar vurğulayırlar ki, fəlakətin qarşısını almaq üçün gölə lazım olan minimum su ilə təmin etmək və dərhal bərpa proqramlarını həyata keçirmək lazımdır.

https://t.me/GADTB1/45149

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …