Urmiya gölü yaxınlığında üç azərbaycanlı fəal həbs edilərək telefonları müsadirə edilib

GADTB: Urmiya gölünün son kritik vəziyyətini müşahidə etmək və öyrənmək üçün bölgəyə gedən Kərim İsmayılzadə, Siamək Kuşi və Yunus Zareyun adlı üç azərbaycanlı vətəndaş fəal 25 sentabr 2025-ci il tarixində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb.

Azərbaycanlı fəallar Urmiya gölünün sahilində olarkən kəşfiyyat qüvvələri tərəfindən həbs edilərək vilayət polis idarəsinə aparılıb və bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıblar. Lakin onların mobil telefonları məmurlar tərəfindən götürülüb.

Azərbaycanlı fəalların ifadələrinə görə, dindirmə zamanı təhlükəsizlik işçiləri Urmu gölünün qurumasının “hava şəraiti və yağışın olmaması səbəbindən” olduğunu açıqlayıb və onun vəziyyətini əks etdirən foto və videoların hazırlanmasını “ictimai rəyi narahat edən” və “qanunsuz” hərəkət kimi qiymətləndiriblər.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …