Şənbə , İyun 20 2026
azfa

Molla rejimin ekoloji fəlakətə səbəb olduğu Urmiya gölünün ətrafı təxliyə olunur

GADTB: İrqçi fars-molla rejimin ekoloji fəlakətə səbəb olduğu Urmiya gölünün ətrafı təxliyə olunur.

Artıq Urmiya gölünün quruması ilə başlayan duz fırtınalarının artması səbəbindən bölgədə ekoloji fəlakət yaşanır.

İranın Su Sənayesi Federasiyasının idarə heyətinin sədri Rza Hacı Kərimi İranın İLNA xəbər agentliyinə verdiyi müsahibədə bu barədə xəbərdarlıq edərək deyib ki, duz fırtınası səbəbindən Urmu gölünə bitişik əyalətlərin boşaldılmasına başlanılıb.

“Bu gün Urmiya gölü komada olan təcili yardım xəstəsi kimidir, bu isə hələ faciənin başlanqıcıfır”,- Hacı Kərimi əlavə edib.

Su Sənayesi Federasiyasının idarə heyətinin sədri, Urmiya gölünün 1995-ci ildən proqnozlaşdırılan ölümünün indi reallaşmaqda olduğunu deyib.

Qeyd edək ki, son məlumatlara görə, Urmu gölü tamamilə quruyub və peyk görüntülərində müşahidə olunmur.

İran Prezidenti Məsud Pezeşkian seçki qabağı təbliğat və təşviqat kampaniyasında seçiləcəyi təqdirdə əsas hədəflərindən birinin Urmu gölünün bərpası olduğunu bildirmişdi.

Həmçinin yoxlayın

Hörmüz boğazının mərkəzi hissəsi hələ də bağlıdır; 80 dəniz minası təhlükə yaradır

GADTB: Britaniyanın “The Guardian” nəşri yazır ki, Hörmüz boğazının mərkəzi hissəsi hələ də təxminən 80 …

İsrailli ekspert: Türkiyə ilə İsrail arasında 8 əsas gərginlik ocağı var; “Türkiyə yeni İrandır”

GADTB: İsrailli siyasi təhlilçi Eytan Lasri Türkiyə ilə İsrail arasında münasibətlərin son onilliklərin ən gərgin …