Şənbə , Avqust 22 2026
azfa

Azərbaycanlılar Mərənd şəhərində Pəhləvi rejiminin agentlərindən birinə məqbərə tikilməyı etiraz edir

GADTB: Mərənd şəhərində Pəhləvi rejiminin agentlərindən biri olan Abdullah Mohit üçün türbə tikdirməsi Azərbaycan türklərinin və Mərənd şəhərinin əhalisinin etirazına səbəb olub.

Abdullah Mohit Pəhləvi rejimi dövründə Mərənd məhkəməsinin başçısı olub.

Mərənd bələdiyyəsi Pəhləvi rejiminin bu nümayəndəsinə məzar tikdirməklə onu “şəhid” kimi təqdim etməyə çalışır. Bu hərəkət sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərin geniş etirazı ilə qarşılanıb.

Mərənddən olan tanınmış azərbaycanlı sənədli film ustası Məhəmməd Əlimuradi də bu məsələyə münasibət bildirib.

“Belə rəmzi yenidənqurma işləri təkcə bir şəxsi şərəfləndirmək üçün deyil, bu iş daha böyük bir layihənin bir hissəsi ola bilər: Pəhləvinin qayıdışına zəmin yaratmaq. Pəhləvi rejimi repressiyalarla, məhrumiyyətlərlə, kitabları yandırmaqla və xalqın səsini susdurmaqla dolu olan bir rejim idi.” – deyə o bildirib.

Bir qrup Mərənd vətəndaşı da bəyanat yayaraq bunun Pəhləvi rejiminin mənfur nümayəndələrinin günahlarını ağartmaq və təmizləmək cəhdi olduğunu bəyan edib. Vətəndaşlar daha sonra bu məqbərənin və Pəhləvi rejiminin ünsürlərini tərənnüm edən hər hansı simvolun dərhal sökülməsini, bu anti-mədəniyyət əməlinin səbəbkarlarına qarşı qanuni tədbir görülməsini, Mərənd bələdiyyəsi və digər aidiyyatı qurumlar tərəfindən ictimai rəyə aydın izahat verilməsini tələb ediblər.

Həmçinin yoxlayın

İran həbsxanalarında azərbaycanlı fəalların hüquqlarının pozulması: Kameraların tez-tez dəyişdirilməsi, tibbi xidmətlərdən məhrumetmə…

GADTB: Azərbaycanlı milli fəallar İranın Evin, Təbriz, Ərdəbil və digər həbsxanalarında ağır və narahatedici şəraitdə …

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …