Cümə axşamı , Avqust 20 2026
azfa

Finlandiyalı siyasətçidən molla rejimin həbsə məhkum etdiyi azərbaycanlı tələbəyə dəstək

GADTB: Finlandiya parlamentinin millət vəkili Jossi Saramo mola rejimi edamları dayandırmağa çağırıb.

Jossi Saramo bununla bağlı özünün sosial media hesabıda paylaşım edərək, edama məhkum edilmiş Təbriz universtetinin tələbəsi Ehsan Fəridinin fotosunu paylaşıb və insan haqları təşkilatları, eləcə də beynəlxalq ictimaiyyətdən onun həyatını xilas etməyi istəyib.

Qeyd edək ki, Ehsan Fəridi “müharibə” (dini hakimiyyətə qarşı çıxmaq) ittihamına görə ölüm cəzasına məhkum edilib.

Onun barəsində ölüm hökmü Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məlumatlarına istinad edilərək verilib.

Bir neçə gün əvvəl isə İran Ali Məhkəməsi gənc tələbənin barəsində çıxarılan ölüm hökmünü təsdiq edib.

E.Fəridi Təbriz universotetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsi Ehsan Fəridi 19 may 2024-cü ildə Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Həmçinin yoxlayın

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Yaşayış böhranının dərinləşməsi ilə ilin ikinci yarısında etirazların başlanması və genişlənməsi ehtimalı artır

QADTB: «Etemad» qəzeti iqtisadi və sosial təzyiqlərin artmasına diqqət çəkərək ilin ikinci yarısında etirazların baş …