Cümə , Avqust 21 2026
azfa

Tarixi unutmayın – Bura Urmiyadır- Video

GADTB: Bir qrup azərbaycanlı fəalı Urmiyə şəhərində Azərbaycan milli hərəkatının Qərbi Azərbaycan və Urmiyə şəhərlərinin türk kimliyini vurğulayaraq şəhərin körpülərindən birinin üzərində plakat asıb və Azərbaycana qarşı ərazi iddiası irəli sürən mühacir kürdləri tarixdən dərs almağa çağırıb.

Azərbaycanlı milli fəallar Urmiya şəhərindəki körpülərdən birində kürd terror qruplaşmalarına və işğalçı mühacirlərə xəbərdarlıq edərkən onları fitnəkarlıqlarından əl çəkməyə çağırıblar.

Asılmış plakatda Simitkonun ölüm anının şəkli həkk olunub və onun yanında “Urmiyanın Kürdüstan olduğunu idda edən sonuncu şəxs – Tarixi unutmayın” sözləri yazılıb.

Həmin plakatdan yayılan videoda vətəndaşlardan biri deyir: “Bura Urmiyadır, Azərbaycanın döyünən ürəyidir və bu da Simitkonun şəklidir, tarixi heç vaxt unutmayacağıq”

https://t.me/GADTB1/45713

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …