Cümə axşamı , Oktyabr 15 2026
azfa

İranın kölgəsində “Hüseyniyyun”: Azərbaycana yönəlik təxribatçı planlar

GADTB: Son günlər İranda gizlənən “Hüseyniyyun” adlı radikal terror təşkilatının sosial mediada fəallığı yenidən artıb.

Məlumata görə, qrup üzvləri TikTok və digər platformalarda müxtəlif çağırışlarla çıxış edir, dini şüarlar altında siyasi məqsədlər daşıyan paylaşımlar edirlər.

“Hüseyniyyun” təşkilatı özünü “müqavimət hərəkatı” kimi təqdim etsə də, yerli və beynəlxalq mənbələr onu SEPAH-ın Qüds qanadı ilə əlaqəli radikal silahlı qruplaşma kimi dəyərləndirir.

2015–2016-cı illərdə formalaşan bu təşkilatın əsas məqsədinin Azərbaycanda İranın ideoloji xəttinə uyğun teokratik sistem qurmaq olduğu bildirilir. Qrupun rəhbəri kimi Tohid İbrahimbəyli göstərilir – onun uzun müddət İranda dini təhsil aldığı və hazırda orada sığınacaq tapdığı deyilir./ Azad İran

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …