
GADTB: Azərbaycanlı körpə Talayın anası Leyla Şiri bildirib ki, İranda ingilis və yunan adlarına icazə verilir, ancaq türk adlarına yox.
O bildirib ki, Təbrizdə İranın Vətəndaşlıq Qeydiyyatı İdarəsi 24 gündür Talay adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir.
Leyla Şiri yayımladığı videoda bu barədə deyib: “Uşağınıza ingilis və ya yunan adı verə bilərsiniz, amma biz türklər öz dilimizdə övladımıza ad seçə bilmirik. İş o yerə çatıb ki, Vətəndaşlıq Dairəsi prokurorun, millət vəkilinin, hətta prezidentin sözünə fikir verilmir.”
Leyla Şirinin sözlərinə görə, Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsi əmədaşları bildiriblər ki, hətta məhkəmə qərarı alınsa belə yenə də “Talay” adına etiraz edəcəklər.
Qeyd edək ki, oktyabrın 6-ı Şərqi Azərbaycan hakiminin müavini Əhməd Moqarinin türk adlarının qeydiyyatına qoyulan qadağanın məhkəmə sisteminin müvafiq qurumlarla qarşılıqlı əlaqəsi nəticəsində aradan qaldırıldığını iddia etməsinə baxmayaraq Vətəndaş Qeydiyyatı idarələri hələ də türk adlarına qarşı çıxmaöa davam edirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi