Şimali Kiprdə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürman qələbə qazanıb

GADTB: Şimali Kiprdə prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürman qələbə qazanıb.

Bu barədə ŞKTC Ali Seçki Şurasının sədri Bertan Özərdağ məlumat verib.

O qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Ərhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ərsin Tatar isə 35,77 (48 208) faizini toplayıb.

Öz növbəsində, T.Ərhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib. O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək:

“Kimsənin bundan şübhəsi olmasın”.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …