Cümə , Avqust 28 2026
azfa
Qaynar xəbər

Molla rejimi azərbaycanlı milli fəalın evində axtarış aparıb

GADTB: İranın ETTELAAT qüvvələri azərbaycanlı milli fəal Həbib Mehrinin Təbrizdəki evinə basqın edərək axtarış aparıblar.

Məlumata görə, axtarışdan sonra milli fəalın mobil telefonu müsadirə olunub və ona şənbə günü müəyyən edilmiş nömrəyə zəng edərək istintaqın gedişindən xəbər tutması tapşırılıb.

Qeyd edək ki, Həbib Mehri daha öncə də ictimai fəaliyyətlərinə, xüsusən Urmu gölü ətrafındakı ekoloji problemlər haqqında reportaj hazırladığına və Traktor futbol komandasının oyunları zamanı etiraz aksiyalarına qatıldığına görə həbs edilib.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhidin Təbriz Mərkəzi Həbsxanasının 3-cü ümumi bölməsinə köçürüldüyü bildirilir

GADTB: Azərbaycanlı milli fəal Mir Məhəmmədrza Müvəhhid hökmünün icrası üçün müraciət etdikdən sonra Təbriz Mərkəzi …

Çəmlidə Koroğlu harayı: Tikantəpədə minlərlə türkün iştirakı ilə Koroğlu festivalı keçirilib – VİDEO

GADTB: Tikantəpənin Çəmli gölü İranın siyasi-coğrafi sərhədləri daxilində yerləşən müxtəlif bölgələrdən gəlmiş çoxsaylı türklərin geniş …