Bazar , Avqust 16 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı İsveçdə azərbaycanlı alimin xilas edilməsi üçün konfrans keçirib

GADTB: Beynəlxalq Əfv Təşkilatı İsveçin Göteborq şəhərində İran-İsveç vətəndaşlığı olan, hazırda Tehranda edam hökmünə məhkum edilmiş azərbaycanlı həkim və tədqiqatçı Əhməd Rza Cəlalinin durumuna diqqət çəkmək üçün konfrans təşkil edib. Tədbirin məqsədi həm ictimaiyyət, həm də hökumətlər arasında Cəlalinin taleyi ilə bağlı təcili addımların atılmasına çağırış etmək olub.

Təşkilatın üzvü Rza Borumənd bildirib ki, Cəlalinin 10 ildir haqsız yerə həbsdə saxlanılması beynəlxalq hüquqa ziddir:

“Bu seminarın məqsədi günahsız mühakimə olunmuş professor Əhməd Rza Cəlalinin həyatını xilas etmək üçün diqqəti yenidən bu məsələyə yönəltməkdir”.

O, deyib ki, İsveç hökumətinin Cəlalini Həmid Nuri ilə dəyişmək cəhdləri uğursuz olub və bunun qəbul edilməz olduğunu qeyd edib.

Həmçinin yoxlayın

Trampın molla rejiminə qarşı iqtisadi təzyiq planları açıqlanıb

GADTB: ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqi daha da artırmaq niyyətindədir. Reuters xəbər …

İranda milyardlarla dollarlıq neft qalmaqalında məmur övladlarının adı hallanır

GADTB: İranda təxminən 11 milyard dollarlıq neft gəlirinin mənimsənilməsi ilə bağlı genişmiqyaslı korrupsiya gündəmə gəlib. …