Şənbə , Oktyabr 17 2026
azfa

Zəncan vilayətindəki Pəri gölü tamamilə qurudu

GADTB: Artıq üç aydan çoxdur ki, Zəncan vilayətində yerləşən Pəri gölü tamamilə quruyub. Böyük sahəyə malik bu göl indi tamamilə susuz qalıb və burada yaşayan təxminən 15 min balıq növü məhv olub.

Mütəxəssislərin sözlərinə görə, İranın su idarəçiliyi sistemi korrupsiya, səriştəsizlik və idarəetmədəki iflic vəziyyəti səbəbindən uzun müddətdir ciddi böhran yaşayır. Halbuki, Pəri gölünün qurtarılması çox çətin və ya baha başa gələn iş deyildi, lakin məsul qurumların laqeydliyi və hərəkətsizliyi nəticəsində göl tamamilə quruyub.

Bundan əlavə, Qızılüzən çayı da eyni səbəblərdən – rəsmi təyinli məmurların yanlış və məsuliyyətsiz idarəçiliyindən dolayı tam quruma təhlükəsi ilə üz-üzədir.

Həmçinin yoxlayın

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …

Yeni peyk görüntüləri Küləng dağı tunellərinin hələ də bağlı olduğunu göstərir

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 7 oktyabr 2026-cı il tarixinə aid peyk görüntülərini yayımlayaraq …