Növin: Hökumətin ana dili tədrisi ilə bağlı qanun layihəsini təqdim etmək üçün ayrılan altı aylıq müddət başa çatır

GADTB: İran parlamentində Təbrizdən olan millət vəkili Əlirza Növin ana dilinin tədrisi ilə bağlı qanun layihəsinin araşdırılmasında davamlı gecikmələr və maneələrlə üzləşildiyini bildirib. Onun sözlərinə görə, bu məsələ ilk gündən etibarən ciddi müqavimətlə qarşılaşıb və hökumət də Azərbaycan xalqının gözləntilərinə uyğun şəkildə addım atmayıb.

Deputat vurğulayıb ki, ana dilinin öyrədilməsi və tədrisi vətəndaşların mədəni haqqıdır və hökumətin bu tələbə biganə münasibəti qəbuledilməzdir.

Növin AzərAnjomən-ə açıqlamasında qeyd edib ki, parlamentdə ilkin mərhələdə layihə rədd edildikdən sonra qanuna əsasən hökumət altı ay ərzində əvəzləyici qanun layihəsi təqdim etməli idi. Lakin bu müddətin sonuna yaxınlaşmağımıza baxmayaraq, hökumət tərəfindən hələ də heç bir layihə təqdim olunmayıb. Onun sözlərinə görə, bu gecikmə Azərbaycan türklərinin dil və mədəniyyət hüquqlarının hökumət siyasətində prioritet olmadığını göstərir.

Deputat əlavə edib ki, hökumət müəyyən edilən müddət ərzində heç bir addım atmazsa, parlament əvvəlki layihəni yenidən plenar iclasa çıxarmağa məcbur olacaq.

Mütəxəssislər isə bildirirlər ki, “ana dilinin tədrisi” ilə “ana dildə təhsil” bir-birindən tam fərqli anlayışlardır. Ana dildə təhsil bütün fənlərin həmin dildə tədrisini nəzərdə tutur, ana dilinin tədrisi isə sadəcə məktəb proqramına bir fənn kimi əlavə olunmaqdan ibarətdir. Üstəlik, bu fənn qəbul olunsa belə, onun icrası ilə bağlı ciddi suallar mövcuddur. Çünki Azərbaycan türkcəsinin məktəblərdə tədrisi üçün əvvəlcə elmi və standart şəkildə hazırlanan müəllim kadrlarına ehtiyac var. Bu isə hazırda mümkün deyil; çünki bir neçə universitet istisna olmaqla, Azərbaycandilli türkcə İranda dilçilik baxımından yetərincə elmi, sistemli və qaydalı şəkildə tədris olunmur.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …