Çərşənbə , Oktyabr 14 2026
azfa

Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı siyasi fəallar aclıq aksiyasını dayandırdı

GADTB: Evin həbsxanasında saxlanılan türk siyasi fəallar Tahir Nəqəvi və Vədud Əsədi saxlanma şəraiti, həbs vəziyyəti və məhkəmə prosesinə etiraz olaraq 40 gündən artıq davam edən aclıq aksiyasını bu gün ailələrinin təkidi və azərbaycanlı fəalların çağırışlarından sonra dayandırıblar.

Məlumata görə, sözügedən müddət ərzində azərbaycanlı digər fəallardan Əbdüləziz Əzimi-Qədim, Mahmud Ocaqlu və Ayaz Seyfxah da Tahir Nəqəvi və Vədud Əsədiyə dəstək məqsədilə aclıq aksiyasına qoşulublar. Lakin səhhətlərinin pisləşməsi və tibbi problemlər səbəbindən onlar aksiyanı yarımçıq dayandırmaq məcburiyyətində qalıblar.

Bildirilib ki, aclıq aksiyası müddətində Tahir Nəqəvi və Vədud Əsədinin səhhətində ciddi zəifləmə müşahidə olunub. Məhbusların ailələri dərin narahatlıqlarını ifadə edərək, məhkəmə və təhlükəsizlik qurumlarından irəli sürülən tələblərlə bağlı cavab verilməsini və işlərinə şəffaf şəkildə baxılmasını tələb edirlər.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …