Cümə axşamı , Oktyabr 15 2026
azfa

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Tehranın nüvə proqramı üçün “davamlı həll” axtarışında

GADTB: Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, qurum İranın nüvə məsələsi üzrə davamlı həll yolu tapmaq üçün səylərini davam etdirir.

Qrossi Argentina mətbuatına verdiyi müsahibədə Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq məsləhətləşmələr apardıqlarını deyib. Onun sözlərinə görə, AEBA İran, Avropa ölkələri, Rusiya və Çin rəsmiləri ilə daimi təmasdadır.

Baş direktor xüsusilə “12 günlük müharibə”dən sonra yaranmış vəziyyətin hələ də əsasən həll olunmamış qaldığını vurğulayıb. O qeyd edib ki, İranın təxminən 400 kiloqram 60 faiz zənginləşdirilmiş uran ehtiyatı var və bu səviyyə hərbi dərəcəyə yaxın hesab olunur. / Azad İran

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …