Cümə , Avqust 28 2026
azfa

Azərbaycanlı siyasi məhbus Ərdəbil həbsxanasına köçürülüb

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Babək Dadbəxş Ərdəbil həbsxanasına köçürülüb.

Məhbusun ailəsinin verdiyi məlumata görə, Babək Dadbəxş dekabrın 21-də Tehrandan Ərdəbilə gətirilib.

Qeyd edək ki, molla rejimin məmurları Babək Dadbəxşi 2018-ci ilin noyabr ayında Tehranda həbs ediblər.

“Müharibə təbliğatı aparmaq, yer üzündə fitnə-fəsad yaymaq və ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”da günahlandırılan azərbaycanlı məhbus 43 il azadlıqdan məhrum edilib.

O, həbs olunmazdan əvvəl evli və iki uşaq atası olub, həbs edildikdən sonra qəza nəticəsində həyat yoldaşı və bir övladı həyatını itirib.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …