Cümə , Avqust 28 2026
azfa

Traxtur azarkeşlərindən Azərbaycanın birliyinə vurğu: “Dağlar başı dumandı, Qəzvin Azərbaycandır” – video

GADTB: Azərbaycanın Traxtur futbol komandasının azarkeşləri dünən, cümə günü 5 dey 1404-cü il tarixində, komandanın digər türk təmsilçisi Şəms-Azər Qəzvinlə qarşılaşması zamanı səsləndirdikləri şüarlarla həm Traxtura qətiyyətli dəstəklərini ifadə edib, həm də Azərbaycanın tarixi, coğrafi və mədəni kimliyinə vurğu ediblər.

Oyun zamanı azarkeşlər “Dağlar başı dumandı, Qəzvin Azərbaycandır / Hədəfimiz bir olsun, Qartal çempion olsun” şüarlarını səsləndiriblər.

Bu şüarlar idman dəstəyi ilə yanaşı, Azərbaycanın birliyinə dair açıq mesaj daşıyır. Azarkeşlərin fikrincə, inzibati və vilayət bölgülərinə baxmayaraq, Azərbaycan torpaqları xalqın tarixi yaddaşında və milli kimliyində vahid və bölünməz olaraq qalır. Traxtor azarkeşləri bir daha göstəriblər ki, bu klub təkcə idman komandası deyil, eyni zamanda Azərbaycan xalqının kimlik və mədəni tələblərini ifadə edən sosial bir simvoldur.

https://t.me/GADTB1/47377

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əsgər Əkbərzadənin vəziyyəti ağırlaşdıqdan sonra cərrahi əməliyyat keçirib

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə səhhətinin kəskin pisləşməsi və Ərdəbil Fatimi …

Somali quldurları tərəfindən girov götürülən İran neft tankeri «Eritreyada qeydiyyata alınmayıb»

GADTB: Eritreyanın informasiya naziri cümə günü bildirib ki, ötən həftə Yəmən sahillərindən Somali istiqamətinə aparılan …