Təbriz məhkəməsi üç azərbaycanlı türk fəalını çağırdı – gəlmədikləri halda həbs qərarı ilə hədələnirlər

GADTB: Azərbaycanlı türk fəallar Fərzanə Daniyar, Fatimə Dadaşzadə və Aşqin İmami 1404-cü ilin 6 bəhmən tarixində molla rejimi tərəfindən Təbriz şəhərinin 8-ci məhkəmə şöbəsinə çağırılıblar.

Çağırış vərəqəsində qeyd olunub ki, adıçəkilən şəxslər beş gün müddətində sözügedən şöbəyə müraciət etməlidirlər. Müəyyən edilmiş müddətdə məhkəməyə getmədikləri təqdirdə barələrində həbs qətimkan tədbiri çıxarılacağı bildirilib. İndiyədək onlara irəli sürülən ittihamlar, işin mahiyyəti və məhkəmə baxışının dəqiq vaxtı ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu fəallar daha əvvəl də milli, mədəni və vətəndaş fəaliyyəti səbəbilə təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqləri ilə üzləşiblər.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …