Küncə sıxışdırılan Xameneyi dünyanı müharibə ilə hədələyir

GADTB: Küncə sıxışdırılan Əli Xameneyi ABŞ-nin artan hərbi təhdidlərinə sərt reaksiya verib. O, bu gün terrorçu bandası ilə görüşdəki çıxışında Vaşinqtonun illərdir təkrarladığı “bütün variantlar masadadır” ritorikasını yenidən gündəmə gətirdiyini bildirib.

Xameneyi deyib ki, ABŞ rəsmiləri tez-tez müharibə, hərbi təyyarələrin göndərilməsi və güc tətbiqi ilə hədələyir və bu cür açıqlamalar İran üçün yeni deyil. Onun sözlərinə görə, İran xalqı bu təhdidlərdən qorxmamalıdır və xarici təzyiqlərə boyun əyməyəcək.

O, iddia edib ki, İran heç bir ölkəyə hücum etmək niyyətində deyil, ancaq “acgöz, hücum etmək və təqib etmək istəyən” tərəflərə qarşı sərt cavab verməyə hazırdır. O vurğulayıb ki, belə bir halda İran xalqı güclü zərbə endirəcək.

Çıxışında ABŞ-yə birbaşa mesaj da verən Xameneyi bildirib ki, mümkün müharibə bu dəfə məhdud olmayacaq və region miqyasında qarşıdurmaya çevriləcək.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …