Cümə axşamı , Oktyabr 8 2026
azfa

Molla rejimi Təbrizin İslam İncəsənət Universitetinin azərbaycanlı tələbəsi Məhəmməd Məhəmmədzadəni həbs edib

GADTB: Yayılan məlumatlara görə, Təbrizin İslam İncəsənət Universitetinin Memarlıq mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alan, 1401-ci il qəbul olan Məhəmməd Məhəmmədzadə molla rejimin qüvvələri tərəfindən saxlanılıb. Onun Makı şəhərindən olduğu bildirilir.

Mövcud məlumatlara əsasən, bu tələbə məhkəmə prosesi tamamlanana və hökm çıxarılana qədər “görüş qadağası” vəziyyətində saxlanılır. Lakin saxlanılma səbəbi, saxlanıldığı yer və hüquqi durumu barədə əlavə detallar açıqlanmayıb.

Tələbənin vəziyyəti ilə bağlı məlumatın olmaması, onun hüquqlarının qorunması ilə bağlı narahatlıq yaradır. Bu hüquqlara vəkilə çıxış, ailənin məlumatlandırılması və ədalətli məhkəmə araşdırması hüququ daxildir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Xoydan olan millət  vəkili türk adlarının qeydiyyata alınmamasına etiraz edib– Video

GADTB: Xoy şəhərinin millət vəkili Adil Nəcəfzadə Vətəndaşlıq Qeydiyyatı İdarəsinin bəzi türk adlarının qeydiyyata alınmasına …