
GADTB: SEPAH qüvvələri və sərhəd alayının hərbçiləri Qərbi Azərbaycan əyalətinin İraqla sərhəddindəki postlarını tərk edərək kəndlər və dağlıq ərazilərdə mövqe tutublar.
Bildirilir ki, hökumət qüvvələri sərhəd bölgələrində gediş-gəlişin qadağan edildiyini elan edib, sərhəd bölgələrində görünən hər kəsə əvvəlcədən xəbərdarlıq edilmədən atəş açılacağını barədə xəbərdarlıq ediblər.
Bununla eyni vaxtda Qərbi Azərbaycan əyalətinin Sərdəşt və Kürdüstan əyalətinin Mərivan, Banə və Pavə sərhəd rayonlarında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, bölgəyə çox sayda hərbçi cəlb olunduğu qeyd edilib.
Bunun, İraqın şimalında Regional kürdüstan Müxtariyyətində olan iranlı kürd qruplaşmalarının ölkəyə sızma ehtimalına görə olduğu guman edilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi