Şənbə , Aprel 25 2026
azfa

İsrail ordusu Tehranın mərkəzində yerləşən SEPAH-ın mərkəzi komandanlığına zərbə endirib

GADTB: İsrail Hərbi Hava Qüvvələri mülki binada yerləşən SEPAH-ın Mərkəzi Təhlükəsizlik Komandanlığına hava hücumu həyata keçirib.

 İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, bu qərargah SEPAH tərəfindən bölmə fəaliyyətlərini əlaqələndirmək və vəziyyətin qiymətləndirilməsini aparmaq üçün istifadə olunurdu.

Zərbədən əvvəl mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlərin görüldüyü, o cümlədən dəqiq idarə olunan sursatların, hava kəşfiyyatının və əlavə kəşfiyyat məlumatlarının istifadə edildiyi vurğulanır.

Həmçinin İranın sənaye şəhərciyə genişmiqyaslı zərbələr endirilib. “SoarAtlas” platforması İranın sənaye şəhərciklərindən birində ABŞ və İsrailin hava zərbələrinin nəticələrini əks etdirən peyk görüntüləri yayımlayıb.

Məlumata görə, 6–17 mart tarixləri arasında ərazidə ümumilikdə səkkiz hədəfə zərbələr endirilib.

Yayımlanan görüntülərdə müxtəlif obyektlərdə dağıntılar və zərbə izləri aydın şəkildə müşahidə olunur.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …