Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Qaşqay Türkləri İnsan Haqları Müdafiəçiləri Komitəsi Güney Azərbaycanda həbslərlə bağlı bəyanat yaydı

GADTB: Qaşqay Türkləri İnsan Haqları Müdafiəçiləri Komitəsi bəyanat yayaraq, irqçi fars rejiminin Babək qalası qurultayı ilə bağlı Güney Azərbaycan şəhərlərində çox sayda milli-mədəni fəalı yaxalamasını pisləyib.

Qaşqay Türkləri İnsan Haqları Müdafiəçiləri Komitəsinin bildirişində deyilir: “İslam Respublikasının faşist və diktator rejimi hər zaman müstəbid Pəhləvi rejiminin davamçısı olub, ölkədə zülm altında olan millətlər, xüsusi ilə türklərə qarşı repressiyalar həyata keçirib. Elə bu siyasətin nəticəsində Babək qalası qurultayı ərəfəsində Azərbaycanın türk milli-mədəni fəalları yaxalanaraq, döyülüb və təhdid edilib.

Rejimin bu qeyri-insani hərəkəti göstərir ki, İslam Respublikası qəhrəman türk millətini hələ tanımayıb. Türk milləti üçün qorxunun mənası yoxdur. Azərbaycanlı fəallar daha qərarlı şəkildə yollarına davam etdirib və Babək qalası qurultayını istədikləri kimi keçirəcəklər.

Şübhəsiz, biz Qaşqay türkləri Azərbaycandakı bacı və qardaşlarımızı dəstəkləyir, rejimin bu qeyri-insani əməllərini pisləyirik.

Qaşqay Türkləri İnsan Haqları Müdafiəçiləri Komitəsi rejimin azərbaycanlı milli-mədəni fəallara qarşı zorakı tədbirlərini İnsan Hüquqları Bəyannaməsinin 9, 10, 11, 19 və 20-ci maddələrinə zidd olduğunu bəyan edərək, bu qanunsuz hərəkətləri kəskin şəkildə pisləyib, BMT və İnsan Haqları Təşkilatları, həmçinin dövlətləri azərbaycanlı fəallara qarşı edilən təzyiqləri pisləməyə və İslam Respublikasına qarşı tədbir görməyə çağırırıq”.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

Bir cavab yazın