Şənbə , İyun 27 2026
azfa

Dominika Əli Şəmxaninin oğlunun vətəndaşlığını ləğv edib

GADTB: Dominika hökuməti Əli Şəmxaninin oğlu Əbülfəzl Şəmxaninin vətəndaşlığını ləğv edib.

Qərar Şəmxaninin Dubayda təxminən 29 milyon dollar dəyərində lüks əmlak kompleksinə sahib olmaq üçün Karib ölkələrinə aid təxəllüslərdən istifadə etdiyi iddialarından sonra verilib.

Bildirilir ki, Əbülfəzl Şəmxani “qızıl pasport” əldə etmək üçün atasının İran hakimiyyəti ilə siyasi əlaqələrini gizlətməkdə ittiham olunur. Dominika rəsmiləri onun 2020-ci ildə vətəndaşlıq aldığı zaman məlumatları qəsdən gizlətdiyini qeyd ediblər.

Dominikanın əmək naziri Pinard açıqlamasında Əbülfəzl Şəmxaniyə “Sami Hayek” təxəllüsü ilə verilmiş vətəndaşlığın dərhal ləğv edildiyini bildirib. Nazirə görə, Şəmxani “həqiqəti gizlətməklə” vətəndaşlıq almağa nail olub.

Qeyd edək ki, Əbülfəzlin atası Əli Şəmxani uzun illər İran hakimiyyətində yüksək vəzifələrdə çalışıb və İranın ali rəhbərinin siyasi müşaviri kimi tanınıb.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …