Çərşənbə , İyun 17 2026
azfa

Molla rejimin həbs etdiyi Əbülfəzl Rəncbərinin məhkəmə işi üzrə üçüncü iclas keçiriləcək

GADTB: Vəkil və hüquq müəllimi Əbülfəzl Rəncbərinin işi üzrə üçüncü məhkəmə iclası 3 ordibehişt 1405-ci il tarixində İnqilab Məhkəməsinin üçüncü şöbəsində hakim Həsən Fəthnəjadın sədrliyi ilə keçiriləcək.

Məlumata görə, azərbaycanlı vəkil 14 ordibehişt 1404-cü ildən “yer üzündə fəsad törətməyə yardım” ittihamı ilə həbsdə saxlanılır və əsas hüquqlardan məhrum edilib.

Azərbaycan İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının bildirdiyinə görə, Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan Abulfəzl Rəncbəri 30 ildən artıq müddətdə İranın müxtəlif universitetlərində ümumi hüquq, inzibati hüquq və əmək hüququ fənlərini tədris edib, həmçinin “Maliyyə hüququ və dövlət maliyyəsi” və “Əmək hüququ” kimi elmi əsərlərin müəllifidir.

O, 14 ordibehişt 1404-cü ildə təhlükəsizlik qüvvələri tərəfindən yaşadığı evin qarşısında saxlanılıb və əvvəlcə casusluq ittihamı ilə üzləşib.

Hazırda onun işi Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsində araşdırılır. Bildirilir ki, iki məhkəmə iclasının keçirilməsinə baxmayaraq, casusluq ittihamını təsdiqləyən sübutların olmamasına rəğmən, ittiham sonradan dəyişdirilərək “yer üzündə fəsad törətməyə yardım” kimi təqdim olunub.

Bu iş üzrə növbəti – üçüncü məhkəmə iclasının 3 ordibehişt 1405-ci ildə keçiriləcəyi bildirilib.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …