Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri vəfat edib.

Məlumata görə, o, uzun illər ərzində Azərbaycanla bağlı ictimai və mədəni məsələlərdə fəal mövqe sərgiləyib, publisistik fəaliyyəti ilə tanınıb.

İsa Nəzəri 9 fərvərdin 1334-cü ildə Mərənd bölgəsinin Yekan Əliya kəndində anadan olub. Ailəsi onun uşaqlıq dövründə Urmiya şəhərinə köçüb və o, ibtidai və orta təhsilini burada alıb.

O, 1352–1353-cü tədris ilində Tehran universitetinin hüquq fakültəsinə daxil olub. 1354-cü ildə müxtəlif mərhələlərlə təhsilindən uzaqlaşdırılaraq sonda universitetdən xaric edilib.

Pəhləvi rejiminin süqutundan sonra yenidən universitetə qayıdan Nəzəri 1358-ci ildə məzun olub. Daha sonra 30 il məhkəmə sistemində çalışıb, 1388-ci ildə təqaüdə çıxıb və bundan sonra vəkillik fəaliyyəti ilə məşğul olub.

Qeyd olunur ki, İsa Nəzəri çoxsaylı kitab və məqalələrin müəllifi olub.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …