ABŞ kəşfiyyatı: İran son müharibədən sonra raket infrastrukturunun böyük hissəsini yenidən aktivləşdirib

GADTB: “New York Times” qəzeti ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən yazıb ki, İran İslam Respublikası son müharibədən sonra raket infrastrukturunun böyük hissəsini yenidən fəaliyyətə qaytarıb.

Məlumata görə, İran Hörmüz boğazı boyunca yerləşən 33 yeraltı raket bazasından azı 30-nu yenidən əməliyyat vəziyyətinə gətirib.

Kəşfiyyat mənbələri həmçinin iddia ediblər ki, İran raket anbarları və buraxılış sistemlərinin təxminən 90 faizini, eləcə də raket arsenalı və mobil sistemlərinin təxminən 70 faizini bərpa edib.

“New York Times” qeyd edir ki, bu vəziyyət yenidən Hörmüz boğazından keçən ABŞ hərbi gəmiləri və neft tankerləri üçün ciddi təhlükə yarada bilər.

Hesabatda həmçinin vurğulanır ki, yeni məlumatlar Donald Tramp administrasiyasının İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyi ilə bağlı iddiaları ilə tam uyğunluq təşkil etmir.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …