Çərşənbə , İyun 10 2026
azfa

Ərdoğan: Türk dünyası regionun təhlükəsizliyində daha effektiv rol oynaya bilər

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib ki, Türk dünyası regionun sabitlik və təhlükəsizliyinin təminatı üçün daha effektiv rol oynaya bilər.

 “Bildiyiniz kimi, biz həmişə Türk dünyası ilə əlaqələrə dəyər verən bir iqtidar olmuşuq. Türk Dövlətləri Təşkilatı ilə də bunu taclandırmağın qürur hissini yaşayırıq. “Ailə Məclisimiz” olaraq gördüyümüz bu təşkilatın strukturunda hər növ əməkdaşlıq var, bütün fürsətləri dəyərləndirməyə çalışırıq. Birlikdə inkişaf edəcəyimizə inanırıq. Bütün platformalarda Türk dünyasının regionumuzun sabitlik və təhlükəsizliyi üçün daha effektiv rol oynaya biləcəyini deyirik”, – Türkiyə Prezidenti bildirib.

Ərdoğan Türk dünyasının iqtisadi, mədəni, strateji nöqteyi-nəzərdən potensialının çox yüksək olduğunu və bu potensialın istifadə olunması üçün addımlar atıldığını vurğulayıb.

O, bu potensialın diplomatiya, enerji, ticarət, nəqliyyat, təhlükəsizlik, müdafiə sahələri başda olmaqla, müxtəlif sahələrdə mövcud olduğunu qeyd edib.

“Bu il Türk Dövlətləri Təşkilatının Zirvəsi ölkəmizin ev sahibliyində həyata keçiriləcək. Sədr olduğumuz müddətdə təşkilatın güclənməsi üçün böyük səy göstərəcəyik”, – Türkiyə lideri əlavə edib.

Həmçinin yoxlayın

İrana qarşı mümkün ssenariləri ilə bağlı ABŞ qüvvələrinin İsraildə gizli yerləşdirilməsi üzə çıxarıb

GADTB: Yeni araşdırma hesabatına görə, ABŞ ordusunun 82-ci Hava Desant Diviziyasının bir hissəsi Pentaqonun rəsmi …

Məhbuslar İranın 56 həbsxanasında edama qarşı aclıq aksiyası keçirirlər

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …