Çərşənbə , May 27 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 28 May–Azərbaycanın Müstəqillik Günü münasibətilə bildirişi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə bildiriş yayıb. Bildirişi olduğu kimi təqdim edirik:

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə bildirişi

28 May 1918-ci ildə Quzey Azərbaycanın Rus imperiyası əsarətindən azad olaraq Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etməsi günüdür.

Azərbaycan Demokratik Cümhuriyyəti görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi və Azərbaycan xalqının iradəsi ilə qurulmuş, müsəlman Şərqində ilk demokratik və dünyəvi cümhuriyyət kimi tarixə düşmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti insan hüquqları, azad seçki hüququ və qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlətlərdən biri olaraq Azərbaycanın milli dövlətçilik tarixində mühüm yer tutmuşdur.

28 May ruhu yalnız Quzey Azərbaycanın deyil, eyni zamanda Güney Azərbaycanın da azadlıq və milli hüquqlar uğrunda mübarizə aparan milyonlarla Türkünün qəlbində yaşayır. Bu mübarizə, fars şovinist rejimi tərəfindən idarə olunan şəraitdə milli hüquqların bərpası və xalqımızın azad gələcəyi uğrunda davam edir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 28 May – Azərbaycan Cümhuriyyətinin Müstəqillik Günü münasibətilə keçirilən tədbir çərçivəsində bildirir ki, bu günün əsas mənası Güney Azərbaycanda 40 milyonluq Türk millətinin və dünyaya səpələnmiş 5 milyondan artıq Azərbaycan türkünün milli mübarizəsinə dəstək, milli iradəyə əsaslanan demokratik cümhuriyyətin gələcəkdə qurulması və bütöv 55 milyonluq Azərbaycanın birliyinə olan inamdır.

GADTB olaraq inanırıq ki, xalqımızın birliyi, milli şüuru və mübarizəsi gələcəkdə daha güclü, demokratik və bütöv Azərbaycanın qurulmasına xidmət edəcəkdir.

Yaşasın Azərbaycan! Yaşasın Bütöv Azərbaycan

Hörmətlə:

Mikayıl Oyta

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr departmentinin sədri

www.gadtb.com

info@gadtb.com

P.O.BOX 1864 BONDI JUNCTION NSW 1355 AUSTRALIA

Həmçinin yoxlayın

Statement by the South Azerbaijan Democratic Turkic Union (GADTB) on the Occasion of May 28 – Azerbaijan’s Independence Day

GADTB: The South Azerbaijan Democratic Turkic Union (GADTB) has issued a statement on the occasion …

Ermənistandan daha 2 milyardlıq silah saziş

GADTB: “Tayms of İndia” qəzetinin məlumatına görə, Ermənistan Hindistanla müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə genişləndirir. …