Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Azərbaycanlı fəallar Behnam Nurməhəmmədi, Yasin Ərfəi və Mehdi Qəməri mühakimə edildilər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən iyul ayının 8-də azərbaycanlı milli-mədəni fəallar Behnam Nurməhəmmədi, Yasin Ərfəi və Mehdi Qəməri Tehran şəhərində irqçi fars rejimi tərəfindən mühakimə ediliblər.

Qeyd edək ki, rejimin məhkəməsində ilk öncə fəalların sistemin əleyhinə təbliğ etməkdə ittiham olunduqları bildirilib. Lakin dünən iyul ayının 8-də keçirilən məhkəmə iclasında isə fəallar milli təhlükəsizliyə qarşı cəhd göstərməkdə günahlandırılıb.

Hər üç azərbaycanlı fəal aprel ayınn 16-da Evin Zindanının 7-ci İstintaq Şöbəsinə çağırılaraq ictimaiyyəti təşviş salmaqda ittiham olunub.

Bildirək ki, irqçi fars rejimi saxta ittihamlarla azərbaycanlı fəalları cəzalandırıb, onları məhdudlaşdırmaq istədiyi üçün yalandan ağlına gələn məsələlərdə ittiham edir. Lakin azərbaycanlı fəallar fevral ayında çox mədəni və bəyənilən iş hesab edilən – türkcə təqvim çap etdiklərinə görə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, Evin zindanına salınmışdılar.

 

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın