Çərşənbə axşamı , Avqust 4 2026
azfa

Hakimiyyət dailində fikir ayrılığı dərinləşir; etirazçılar İranın yüksəkvəzifəli rəsmilərini hədəfə alan şüarlar səsləndiriblər – Video

GADTB: Danışıqlar prosesi və mümkün razılaşma ətrafında müzakirələrin davam etdiyi bir vaxtda, gecə saatlarında keçirilən bəzi etiraz aksiyalarında iştirakçılar son diplomatik proseslərə etiraz olaraq sərt şüarlar səsləndiriblər.

Yayımlanan videolara görə, etirazçılar İranın xarici işlər naziri Abbas Araqçı və parlament sədri Məhəmməd Baqir Qalibaf əleyhinə şüarlar səsləndiriblər.

Səsləndirilən şüarlar arasında aşağıdakılar yer alıb:

“Araqçı, həya et, Amerikanı burax!”

“Araqçıya ölüm!”

“Qalibaf istefa versin!”

“Barışıq tərəfdarlarına ölüm!”

“Qalibaf, Araqçı – istefa, istefa!”

Məlumata görə, etirazçılar hökumətin danışıqlar siyasətini və mümkün razılaşma istiqamətində atdığı addımları tənqid edərək narazılıqlarını ifadə ediblər.

Müşahidəçilər hesab edirlər ki, bu hadisələr hakimiyyətə yaxın mühafizəkar və ideoloji dairələr daxilində mövcud fikir ayrılıqlarının daha açıq şəkildə üzə çıxmasına işarə edir. Uzun illər dövlət siyasətini dəstəkləyən bəzi qrupların hazırkı danışıqlar prosesinə tənqidi yanaşması daxili siyasi müzakirələrin intensivləşdiyini göstərir.

Yayımlanan görüntülər və şüarlar ətrafında rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

https://t.me/GADTB1/54023

Həmçinin yoxlayın

Terrorçu SEPAH son 50 gündə neft və neft-kimya ixracından təxminən 6 milyard dollar gəlir əldə edib

GADTB: “Nüvə Silahlı İrana Qarşı Birlik” (United Against Nuclear Iran – UANI) təşkilatı bildirib ki, …

Mayk Pens: ABŞ və İsrail işi başa çatdırmalıdır

GADTB: ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens İran İslam Respublikasına qarşı hərbi əməliyyatların genişləndirilməsinə çağırıb və …