Cümə , Oktyabr 16 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) sayın Ata beyin əziz anasının vəfatı münasibəti ilə başsağlığı mesajı yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilat məsulu sayın Ata bəyin hörmətli anası dünyasını dəyişmişdir.

Sayın Ata bəy Nəcəfpurun anasının vəfatı münasibətilə Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və bütün GADTB üzvləri dərin hüznlə başsağlığı verir.

Başsağlığı mesajında deyilir:

“Çox dəyərli Ata bəy! Hörmətli ananızın vəfatı xəbəri bütün GADTB üzvlərini də hüznə qərq etmişdir. GADTB rəhbərliyi və bütün üzvləri Sizə dərin hüznlə başsağlığı verir və mərhum ananıza rəhmət diləyir. Ruhu şad, məkanı cənnət olsun.

Tanrıdan Sizə və bütün ailə üzvlərinə səbir diləyirik. Son qəminiz olsun!”

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …