
GADTB: Güney Azərbaycanın “Traktur” futbol klubu “Football Database”in son klub reytinqində İran üzrə birinci, Asiyada beşinci, dünyada isə 191-ci yeri tutub.
Traktur 1555 xalla İranın digər klublarını geridə qoyub. Xallar klubların rəsmi yarışlardakı nəticələri və performansı, turnirlərin səviyyəsi, eləcə də rəqiblərin nisbi gücü əsasında hesablanır. Belə ki, güclü komandalara qarşı qazanılan qələbələr daha çox xal gətirir, zəif nəticələr və məğlubiyyətlər isə klubun xalını azaldır.
Bu reytinq nəzərdən keçirilən dövr ərzində klubların statistik göstəricilərinə əsaslanır. “Sepahan” 1542, “Persepolis” 1541, “İstiqlal” isə 1512 xalla İran üzrə müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri tuturlar.
Asiya reytinqində yalnız Səudiyyə Ərəbistanının “Əl-Hilal”, “Əl-Nəsr” və “Əl-Əhli” klubları, eləcə də Yaponiyanın “Kaşima Antlers” komandası Azərbaycan Təbrizinin Traktr klubundan öndədir. Qətərin “Əl-Sədd” klubu isə altıncı yerdə qərarlaşıb.
Reytinq 6 sentyabr 2026-cı il tarixində keçirilən oyunlardan sonra yenilənib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi