Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı təhlükəsizlik durumunu müzakirə etmək üçün iclas keçirəcək. İclas Qırmızı dəniz sahillərində terrorçu husilər qruplaşmasının sürətlə irəliləməsi və bu su yolunun ətrafındakı ərazilərə nəzarətini genişləndirməsi ilə bağlı artan narahatlıqlar fonunda keçiriləcək.

Yəmənin rəsmi hökuməti iclasdan əvvəl İran İslam Respublikası rejiminin dəstəklədiyi terrorçu husilər qruplaşmasını Qırmızı dənizdə “yeni reallıq yaratmağa” cəhd göstərməkdə ittiham edib və BMT Təhlükəsizlik Şurasından bu qrupa qarşı BMT-nin silah embarqosunun tətbiqini gündəmə gətirməsini istəyib.

Səudiyyə Ərəbistanı da husilərin ölkənin cənub bölgələrində şəhərlərə və enerji infrastrukturlarına son raket və dron hücumlarından sonra beynəlxalq ictimaiyyəti bölgədə gəmiçilik təhlükəsizliyinin qorunması üçün qəti mövqe nümayiş etdirməyə çağırıb.

Bu iclas BMT Təhlükəsizlik Şurasının ötən cümə axşamı Bəhreyn və Böyük Britaniyanın müraciəti əsasında Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirməsindən bir neçə gün sonra baş tutacaq. İclasların ardıcıl keçirilməsi Qırmızı dənizdə və Babül-Məndəb ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı beynəlxalq narahatlığın artdığını göstərir.

Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən Babül-Məndəb boğazı dünyanın ən mühüm gəmiçilik keçidlərindən biridir. Husilərin bu boğazın ətrafında hərbi mövcudluğunu və nəzarətini genişləndirməsi dəniz nəqliyyatı marşrutları və beynəlxalq ticarət üçün birbaşa təhlükə yarada bilər.

Bu iclas BMT Təhlükəsizlik Şurasının ötən cümə axşamı Bəhreyn və Böyük Britaniyanın müraciəti əsasında Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirməsindən bir neçə gün sonra baş tutacaq. İclasların ardıcıl keçirilməsi Qırmızı dənizdə və Babül-Məndəb ətrafında təhlükəsizlik vəziyyəti ilə bağlı beynəlxalq narahatlığın artdığını göstərir.

Həmçinin yoxlayın

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …

ABŞ Ədliyyə Nazirliyi İrana məxsus sanksiyalı neftin satışından əldə edilən 61 milyon dollarlıq kriptovalyutanın müsadirəsi üçün iddia qaldırıb

GADTB: ABŞ Ədliyyə Nazirliyi sanksiyaya məruz qalmış İran xam nefti və neft məhsullarının qara bazarda …