Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Vens: İran ticarət gəmilərinə hücum etməklə İslamabad anlaşmasını uğursuzluğa düçar edib

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı konservativ jurnalist və podkast aparıcısı Vinsent Koqlyanezi ilə müsahibəsində İran İslam Respublikası rəsmilərini İslamabad anlaşmasının süqutuna görə məsul tərəf kimi göstərib və bildirib ki, onlar regionun sularında ticarət gəmilərini hədəfə almaqla səhvə yol veriblər.

Vens əlavə edib: “Düşünürəm ki, iranlılar səhv etdiklərini başa düşüblər. Onlar bizimlə razılaşma imzaladılar, atəşkəs əldə olundu, enerji qiymətləri aşağı düşdü və iranlılar öz öhdəliklərini yerinə yetirsəydilər, ABŞ-la münasibətlərin yaxşılaşmasından böyük faydalar əldə etmək imkanları var idi.”

O, həmçinin İran İslam Respublikası lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı qeyri-müəyyənliyə toxunaraq bildirib ki, Vaşinqton onun sağ olub-olmadığını dəqiq bilmir. Bununla belə, mövcud dəlillər onun hələ də sağ olduğunu göstərir.

Vens sözlərinə belə davam edib: “Biz onun sağ olduğunu düşünürük. Əlbəttə, bunu dəqiq bilmirik. Mən onu heç vaxt görməmişəm. Son vaxtlar da onun kamera qarşısında görüntüsünü görməmişəm.”

Həmçinin yoxlayın

Netanyahu İsrailə mümkün hücum barədə xəbərdarlıq edib

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

İqtisadi təzyiqlər molla rejimi diplomatik səylərini sürətləndirməyə vadar edib

GADTB: “Reuters” iqtisadi böhranla bağlı yaydığı xəbərdə ABŞ, Yaxın Şərq və İran mənbələrinə istinadən bildirib …