Bazar , Oktyabr 18 2026
azfa

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla rejimin Dövlət televiziyasının hava proqnozu buraxılışlarında riyakarcasına dənizin adı xəritələrdə “Xəzər” əvəzinə “Kaspian” kimi göstərilib.

Bunun ardınca SEPAH-ın rusdilli “Telegram” kanalı ikiüzlülüklə həmin görüntüləri paylaşaraq dənizin adının dəyişdirilməsi barədə iddialar irəli sürüb. Kanal İran dövlət televiziyasının ötən gündən etibarən Xəzər dənizini “Mazandaran” adı ilə təqdim etməyə başladığını iddia edib.

Paylaşımda “Xəzər” adının “sionist” mənşəli olduğu irəli sürülərək, onun əvəzinə tarixi İran adı kimi təqdim edilən “Mazandaran” adından istifadə edildiyi bildirilib.

İranın təbliğat maşınının Xəzər dənizinin adını “sionist” damğası ilə hədəfə alması tarixi həqiqəti araşdırmaqdan daha çox, siyasi manipulyasiyaya bənzəyir. Üstəlik, bir tərəfdən dövlət televiziyasının “Kaspian” adından istifadəsi, digər tərəfdən SEPAH kanalının “Mazandaran” iddiasını irəli sürməsi bu təbliğatın nə qədər ziddiyyətli olduğunu üzə çıxarır. Tarix siyasi sifarişlə yazılmır, coğrafi adlar isə ideoloji düşmənçilik üzərindən müəyyən edilmir. Xəzərin adını kiminsə xoşuna gəlmədiyi üçün ləkələmək nə elmi yanaşmadır, nə də tarixi arqument.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …