Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

“Qostəreşe Ahənrah” Şirkətinin işçilərinin etirazı 6-cı günə çatdı, “Azərbaycan Zəmzəm” Şirkətinin işçiləri isə etiraza başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Qostəreşe Ahənrah” Şirkətinin işçilərinin etirazı 6-cı gününə daxil oldu.

Etiraza səbəb isə əmək haqının uzun müddət gecikməsi olub.

Məlumata görə, dünən Şərəfxana bölgəsində bu şirkətin işçiləri əmək haqqı almadıqları üçün bir layihəni icra etməkdən çəkiniblər.

Güney Azərbaycanda həmçinin “Azərbaycan Zəmzəm” Şirkətinin işçiləri istehsal müəssisəsində işçilərin ixtisar edilməsi və əmək haqqının vaxtında ödənilməməsi səbəbi ilə etiraz aksiyası keçiriblər.

Təbriz yaxınlığında yerləşən istehsal müəssisəsinin işçiləri şənbə günü bir araya gələrək işlərini dayandırıblar.

Şirkətin işçilərinin fikrinə görə, müəssisədə istehsal işləri normal vəziyyətdədir, məhsullar da satılır. Lakin idarəçiliklə bağlı müəyyən problemlər yaşanır. Bir neçə işçi ixtisar edilib, işlər belə davam edərsə, məhsul istehsalı təmami ilə dayanacaq və digər işçilər də işini itirəcək.

Qeyd edək ki, “Azərbaycan Zəmzəm” Şirkəti sola və s. alkolsuz içkilər, eləcə də ayran və s. istehsal edən şirkətdir.

Həmçinin yoxlayın

İqtisadi təzyiqlər molla rejimi diplomatik səylərini sürətləndirməyə vadar edib

GADTB: “Reuters” iqtisadi böhranla bağlı yaydığı xəbərdə ABŞ, Yaxın Şərq və İran mənbələrinə istinadən bildirib …

Marko Rubio: İran rejiminin maliyyələşdirilməsi minlərlə insanın ölümündə rol oynayıb

GADTB: ABŞ dövlət katibi Marko Rubio milyonlarla insanın izlədiyi çıxışında ABŞ-ın keçmiş prezidenti Barak Obamanın …

Bir cavab yazın